Bu il Azərbaycandan Həcc ziyarəti baş tutmayacaq

Azərbaycandan bu il Həcc ziyarəti baş tutmayacaq.

Millitribuna.az xəbər verir ki, pandemiya səbəbindən bu il də ziyarət həyata keçirilməyəcək.

Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana məktub daxil olmayıb.

Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbindən ötən il də Azərbaycandan Həcc ziyarəti təxirə salınmışdı. (apa)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *