Bu halda Əliyevin hər sözünə “hə” deyəcəyik – Ovannisyan

Ermənistanda yeni səhifəni yalnız məğlubiyyət simvolunu (Paşinyanı nəzərdə tutur) ortadan qaldırmaqla açmaq olar.

Millitribuna.az xəbər verir ki, bunu Ermənistanın Alternativ Layihələr Qrupunun nümayəndəsi Vahe Ovannisyan deyib.

“Əgər Ermənistanda hakimiyyət dəyişməsə, demək ki, biz özümüzə və ölkəmizə yeni səhifə üçün şans vermirik. Bu, həmçinin Əliyevə etimad votumu ifadə etməyimiz deməkdir. Evdə qalaraq, Əliyevin bütün proqramlarına, yeni alçalmalara “hə” demiş olarıq”, – deyə o bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *