“Bu gün Gürcüstan böyük çətinliklərlə üzləşib” — Zurabişvili

Gürcüstan Prezidenti Salome Zurabişvili bütün siyasi partiyaları ölkənin ərazi bütövlüyü məsələsinin həlli, koronavirus pandemiyası ilə mübarizə və siyasi gərginliyin azaldılması üçün həmrəyliyə çağırıb.

Millitribuna.az xəbər verir ki, bu barədə Zurabişvili parlamentdə çıxışı zamanı bildirib.

Zurabişvili seçkilərin nəticələrinə görə parlamentdə yer almayan siyasi partiyalara müraciət edib və onları ölkənin siyasi həyatında fəal rol oynamağa çağırıb.

“Bu gün böyük çətinliklərlə üzləşən ölkə öz tarixi təcrübəsinə söykənməli və birliyə yol tapmalıdır”, — dövlət başçısı deyib.

Zurabişvilinin sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanın işğalına son qoyulması, Gürcüstanın NATO və Aİ-yə inteqrasiyası prioritet olmalıdır. O, hesab edir ki, müxalifət ölkənin maraqlarına daha çox anlayış nümayiş etdirməlidir.

Zurabişvili vurğulayıb ki, siyasi partiyalar ölkə qarşısında duran problemlərin həlli üçün həmrəylik və birlik nümayiş etdirməlidirlər. “Əgər biz gələcəyimizi birlikdə yaratmasaq, işğalı aradan qaldıra və Avropaya inteqrasiyanı təmin edə bilməyəcəyik”, — dövlət başçısı əmindir.(qafqazinfo)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *