Bu film pandemiya dövrünün ən gəlirlisi oldu

Britaniyalı xəfiyyə Ceyms Bond haqqında çəkilmiş “Ölmək vaxtı deyil” (No Time to Die) filmi pandemiya zamanının ən gəlirli Hollivud filmi olub.

Millitribuna.az xəbər verir ki, dünya prokatında 733 milyon dollardan çox qazanc əldə edən ekran əsəri həm də ilin ən gəlirli filmi adına yiyələnib.

Qeyd edək ki, “Ölmək vaxtı deyil” Bondiananın sayca 25-ci filmidir. Deniel Kreyqin baş rolda çəkildiyi filmin soundtrekini Billi Ayliş ifa edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *