Britaniya səfiri: “Azərbaycanın prioritetlərini dəstəkləyirik”

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyini dəstəkləyib.

Millitribuna.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində paylaşım edib.

“Təbriklər! Biz Azərbaycanın prioritetlərini dəstəkləyirik. Azərbaycanın fəaliyyət planını həyata keçirməyini səbrsizliklə gözləyirik. Böyük Britaniya Azərbaycanın öz sədrliyini uğurla yerinə yetirməsi üçün onunla birlikdə işləməyə hazırdır”,- o bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.