Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Millitribuna.az xəbər verir ki, bu barədə məlumat Britaniya hökumətinin saytında yer alıb.

Yeni sanksiyalar çərçivəsində Britaniya funt sterlinq və Avropa İttifaqı ölkələrinin əskinaslarının Rusiyaya ixracına qadağa qoyub.

Bununla yanaşı, yeni məhdudiyyətlər texnologiya və neft emalı məhsullarına da şamil edilib.

Həmçinin kimyəvi və bioloji silah, dəniz sektoru ilə bağlı məhsul və texnologiyaların, eləcə də kritik sənaye texnologiyalarının Rusiyaya ixracı qadağan edilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.