Brilliant Laləni onu təkrarlamaqda günahlandırdı


Xalq artisti Brilliant Dadaşova küsülü olduğu Əməkdar artist Lalə Məmmədova haqda danışıb.

Millitribuna.az xəbər verir ki, müğənni “Şourum”da ona ünvanlanan sualları cavablandırıb. Dadaşova bildirib ki, incikliyə səbəb Lalənin onu təkrarlayıb, bunu etiraf etməməyi olub:

“Bilən insanlar ona sual verirlər, o isə gözləyir ki, mən ondan danışım. Səndən soruşurlar ki, kimə qulaq asırsan? Demir, Brillianta qulaq asmışam. Desəydin, indi sən haqda danışmağa mənə səlayihət vermiş olardın. Savadı olan, məntiqli insan bunu anlayır. Mən də özümü məntiqli insan hesab etdiyim üçün sənin haqqında danışmıram. Sonra da başlayır mənim haqda danışmağa.

Onunla tanış deyiləm ki, küsüm. Bir insanla küsmək üçün tanış olmalısan. Görürəm ki, mənim kimi oxumağa çalışır. Çətindir, amma bacarır. Ondan soruşurlar, kimi dinləyib, sevirsən? O da başqa müğənni adı çəkib. Niyə onu müdafiə edim?”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.