Brayza: «Ağdama səfər çox emosional olacaq»

“Mən Ağdamda 12-13 il əvvəl olmuşam və dağıntı və xarabalıq vəziyyətinin məni sarsıtdığını xatırlayıram”.

Millitribuna.az xəbər verir ki, bunu ADA Universitetinin beynəlxalq analitiklər qrupunun tərkibində Ağdam rayonuna yollanacaq ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

“Müharibə zamanı nələrin baş verdiyini daha yaxşı anlamaq üçün beynəlxalq mütəxəssislər qrupu ilə Ağdama yola düşürəm. 12-13 il əvvəl Ağdamda olmuşam və orada olduğum zaman dağıntı və xarabalıq vəziyyətindən sarsıldığımı xatırlayıram. Heç indi də orada vəziyyətin yaxşı olmadığını ehtimal edirəm. Bu çox emosional bir səfər olacaq”, — o bildirib.(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *