Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq

Böyük Britaniyada vətəndaşların ölkə xaricinə səfər etmələri üçün vaksin pasportları tətbiq olunacaq.

Millitribuna.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Xidməti bildirib.

Həmin pasportlar mayın 17-dən qüvvəyə minəcək. Bu sənədlər smartfon və planşetlər üçün mobil tətbiq şəklində işə salınacaq.

Müvafiq mobil qurğuları olmayan vətəndaşlar peyvəndləməni təsdiq edən kağız sənəd ala biləcəklər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *