BMT baş katibi: «Koronavirusa qarşı peyvəndləmə ləng gedir»

Dünya əhalisinin koronavirusa qarşı peyvənd edilməsi prosesi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi cədvəldən xeyli geri qalır.

Millitribuna.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş deyib.

«ÜST dünya əhalisinin 70%-nin 2022-ci ilin ortalarına qədər peyvənd olunması strategiyasını müəyyən etsə də, biz bu məqsədlərə çatmağa yaxın deyilik», — Quterreş bildirib.

Baş katib qeyd edib ki, «omikron» ştamının yayılması dünya üçün koronavirusla mübarizənin yüksək prioritet olduğunu deməyə əsas verir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *