BMT Baş Assambleyasının prezidenti Azərbaycana gələcək

«Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının prezidenti, həmçinin 75-ci sessiyanın sədri olan Volkan Bozkırın bir sıra ölkələrə səfəri planlaşdırılır».

Millitribuna.az-ın məlumatına görə, bunu BMT rəsmisinin mətbuat katibi Brenden Varma jurnalistlər üçün təşkil olunmuş brifinq zamanı bəyan edib.

Onun sözlərinə görə, V.Bozkır Türkiyə, Qətər və Azərbaycana səfər edəcək. Baş Assambleya prezidentinin səfəri 1-12 aprel aralığında baş tutacaq.

Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, parlament sədri Mustafa Şəntop və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək V.Bozkır, daha sonra Qətərə, oradan da Azərbaycana gələcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *