“Biz realist olmalıyıq” – Ermənistan Prezidenti

“Biz siyasəti diplomatiyadan, populizmi ictmai bəyanatlardan fərqləndirməyi bacarmalıyıq. Biz bunlara əməl etməyi bacarmır, hamısını qarışdırırıq”.

Millitribuna.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan müxalifətin “Qarabağ Azərbaycanın tərkibində ola bilməz” tələbinə cavabında bildirib.

“Biz realist olmalıyıq. Siz bunu bəyan edəndə manevr hüququnuzu itirirsiniz”, – o vurğulayıb.

Müxalifətlə dialoqa açıq olduğunu deyən V.Xaçaturyan söyləyib ki, müxalifətin indiki “Müqavimət hərəkatı”nı 1988-ci ildə “Qarabağ hərəkatı” ilə müqayisə etmək olmaz.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.