“Biz Azərbaycandan çox şeyi öyrənirik”

Bu gün, 10 aprel tarixində Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edəcək, daha sonra Ukrayna Baş nazirinin müavini, Müvəqqəti İşğal olunmuş Ərazilər naziri Aleksey Reznikov Azərbaycana yola düşəcək.

Millitribuna.az xəbər verir ki, Ukrayna Ali Radasının deputatı, Ukrayna Parlamentinin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, Dövlət Təhlükəsizliyi və Müdafiə Alt Komitəsinin rəhbəri İrina Vereşuk Caliber.Az-a Ukraynanın şərqində davam edən kəskinləşmə fonunda Kiyevin “Türkiyə istiqaməti”ndəki diplomatik fəaliyyətini şərh edib.

O əvvəlcə Azərbaycanla bağlı uzunmüddətli əlaqələrdən danışıb:

“Uzun müddətdir davam edən sabit siyasi, iqtisadi və mədəni əlaqələrimiz var. Ukraynadakı Azərbaycan diasporunun sayı 50 mindən çoxdur (söhbət Azərbaycan vətəndaşlarından gedir — red.). Ukrayna və Azərbaycan bir-birinin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Son illərdə həm Ukrayna, həm də Azərbaycan yerli silahlı qarşıdurmalarda iştirak etmək məcburiyyətində qaldı. Azərbaycandan öyrəndiyimiz şeylər var. Yəqin ki, Azərbaycan da bizdən nəsə öyrənir”.

Vereşuk Ukrayna Prezident Vladimir Zelenskinin Türkiyədə bu gün başlayan səfərindən də bəhs edib:

“Bildiyim qədər Ukrayna və Türkiyə liderləri iqtisadi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Parlamentin milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü olaraq təbii ki, müdafiə sahəsində əməkdaşlıq mənə daha çox maraqlıdır. Hərbi gəmi və PUA-ların inşası ilə bağlı ciddi əməkdaşlıq perspektivləri var. Krımla bağlı qarşılıqlı anlaşma var. Ona görə də Türkiyə istiqaməti ilə bağlı nikbinəm”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *