Bazar ertəsi, martın 13-də bitkoin kəskin bahalaşaraq dəyərini xeyli artırıb.
Millitribuna.az-ın məlumatına görə, ticarət sessiyası ərzində kriptovalyutanın qiyməti 18,34% artaraq 24,4 min dollar təşkil edib.
Baş verənlərin ABŞ banklarının müflisləşməsi səbəbilə fond bazarlarında yaşanan təlatümlə əlaqəli olduğu bildirilib.
Dünyanın bir nömrəli rəqəmsal pulunun hələ bir qədər də bahalaşacağı istisna edilmir.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app