“Bitcoin” rekordu yenilədi

Ticarət məlumatlarına görə dünyanın ən populyar kriptovalyutası olan “Bitcoin”in dəyəri son sutkada 1 % artıb.

Millitribuna.az xəbər verir ki, səhər saatlarında bu rəqəm 60 min dolları keçib – bu, 16 martdan bəri kriptovalyuta dəyər itirdikdən sonra ilk belə hadisədir.

Ticarət həcmi baxımından ən böyük kriptovalyuta birjası olan “Binance”da Bakı vaxtı ilə saat 09:00-a “Bitcoin”in dəyəri 1,2 % artaraq 59,58 min dollara çatıb. Səhər saatlarında isə bu rəqəm maksimum həddə 60,2 min dollar səviyyəsinə yüksəlib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *