Binəqədidə yol qəzası: Xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Millitribuna.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1953-cü il təvəllüdlü Yəhyayev Elcan Məhəmməd oğlu və 1995-ci il təvəllüdlü Cəlilov Şaiq Şahin oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. E.Yəhyayeva sol qolun sınığı, Ş.Cəlilova isə körpücük sümüyünün sınığı diaqnozları qoyulub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *