“Belarus artıq müharibədə iştirak edir” – Andrey Yermak

“Belarus Ukraynaya qarşı müharibədə iştirak edir, çünki bu ölkənin ərazisindən ərazimizə raketlər atılıb, qoşunlar hərəkət edib”.

Millitribuna.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “LB.ua” nəşrinə bildirib.

“Şübhəsiz ki, onlar öz ərazilərini Rusiya qoşunlarının ixtiyarına veriblər. Amma məhz Belarus xalqının əhvali-ruhiyyəsi səbəbindən Belarus ordusunun müharibədə genişmiqyaslı iştirak etmək ehtimalı aşağıdır”, – o deyib.

A.Yermak Belarus Prezidenti Aleksandr Lukaşenkonun məsuliyyətə cəlb edilməsi perspektivlərini də qiymətləndirib: “Çox həssas məsələdir. Rusiyalılarla birgə onların da adları sanksiyalar siyahısına salınıb. Şübhəsiz ki, itkiləri və kompensasiya məsələlərini müəyyən edərkən bu məsələni də nəzərə alacağıq. Amma Belarusun müharibədə aktiv iştirak etməməsi strateji cəhətdən mühüm məsələdir”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.