“Belə dövrdə mahnı oxuya, əylənə bilmərəm”


Xalq artisti Röya Ayxan sentyabrda verməyi planlaşdırdığı konsertlərini təxirə salıb.

Millitribuna.az xəbər verir ki, müğənni sərhəddəki gərginlik və Azərbaycan ordusunun 50 şəhid verməsi ilə əlaqədar bu cür addım atdığını bildirib. Röya əlavə edib ki, sentyabrın 18-də İstanbulda və 22-23-24-25-də Bakı Konqres Mərkəzində planlaşdırılan konsertləri qeyri-müəyyən vaxtadək təxirə salınıb:

“Hadisələri mən də izləyirəm, çox təsirlənmişəm. Balalarımız, oğullarımız şəhid oldu. Hər bir ananın acısı bizim də acımızdır. Məni də öz yanınızda bilin. Kədərinizi hiss edirəm. İstanbul və Bakı konsertlərimi təxirə saldım. Belə dövrdə mahnı oxuya, əylənə bilmərəm.
İstədim ki, bu qərarımdan xəbəriniz olsun. Xalqımın yanındayam, dərdinə şərikəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimiz şəfa tapsın”. (axsam.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.