“Bayraktar” Qarabağda vəziyyəti dəyişdi” — “The Wall Street Journal” nəşri

Nüfuzlu “The Wall Street Journal” nəşri “Türkiyədə istehsal olunan ucuz, silahlı pilotsuz təyyarələr döyüş sahəsini və geosiyasəti dəyişdirir” başlıqlı məqalə dərc edib.

Millitribuna.az xəbər verir ki, məqalədə Türkiyə istehsalı olan “Bayraktar TB2”nin müharibə meydanlarını yenidən şəkilləndirdiyi qeyd olunur. Bildirilib ki, ekvivalentləri ilə müqayisədə “Bayraktar TB2” funksionallığı və maliyyətinə görə daha uyğun seçimdir:

“PUA-lar Suriya, Liviya və Azərbaycanda vəziyyəti kökündən dəyişdirib. Münasib qiymətli rəqəmsal texnologiya ilə hazırlanan raketli PUA-lar Suriya, Liviya, eləcə də, Azərbaycana Dağlıq Qarabağda vəziyyəti öz lehinə çevirməyə kömək etdi”.

Qeyd olunub ki, “Bayraktar TB2” tanklar və digər zirehli maşınlarla yanaşı, hava müdafiə sistemlərini də məhv edir: “Bu PUA-lar gələcəyin müharibələrinin ən inkişaf etmiş texnologiyaya malik bahalı döyüş vasitələri qədər, ucuz, amma təsirli döyüş vasitələri ilə şəkillənəcəyinə işarə edir”.(azpolitika.info)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *