Bayden pandemiyanın bitmə vaxtını açıqlayıb

Pandemiya bütün dünyada peyvənd edilməyincə bitməyəcək.

Millitribuna.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

Bayden deyib ki, koronavirusun yeni ştamı barədə xəbərlər peyvəndin vacibliyini ortaya qoyur.

«Gələn həftə Ümumdünya Ticarət Təşkilatının toplantısında iştirak edəcək ölkələri COVID-19 peyvəndləri üçün əqli mülkiyyətin qorunmasından uzaqlaşmağa çağırıram. Peyvəndlər qlobal miqyasda istehsal olunmalıdır», — ABŞ Prezidenti vurğulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *