“Başa düşdüm ki, ən lazımsız sənət bizim sənət imiş”

“Pandemiyada başa düşdüm ki, ən lazımsız sənət bizim sənət imiş. Hər yer ən az 2, 3, 5 ay işlədi. Bir sənət dünyası çökdü”.

Millitribuna.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “Ziq-zaq” proqramında deyib. O bildirib ki, biznes qurmaq istəyir:

“Biznes qurmağı düşünürəm, amma Azərbaycanda yox. Tam sənətdən kənar bir işdir. Rusiyaya gedəndə dostum mənə məsləhət verdi ki, ağlını işlət, sənin müğənnilikdən başqa gəlirin olmalıdır. Rusiyada quracam biznesi.

İndi başım qarışıb borc qaytarmağa. Çoxlu borc yığmışdım. Düşünürdüm ki, altından necə çıxacam? Sıfırlar çox idi. İndi çox azalıb. İşlədim və borc qaytardım. Anamı, atamı itirdim, depressiyaya düşdüm. Kreditlərim, borclarım… yük idi, altından sən çıxmalısan. Nəsildə bir işləyən var, sən etməlisən. Bir yolum var idi, ya gedib orada çalışmalı idim, ya batıb gedəcəkdim. Marketə girəndə heç vaxt qiymətə baxmırdım. Pandemiyada hər şeyin qiymətinə baxmağa məcbur olmuşdum. O vəziyyətə düşmüşdüm.

Rusiyada mənim kimi sənətçi çox idi. Ora gedəndə başa düşdüm ki, sənətkaram, A klassam deməklə deyil. Onların sənətkarlığının sıfır dərəcədə olduğunu gördüm. Orada iki həftə qalan Əməkdar, Xalq artistləri gördüm. Heç yerə dəvət ala bilmirdilər”.

Övladı Yusifdən danışan Kərim “Ata-bala münasibətində dünyanın ən xoşbəxt atasıyam. Balam üçün anasından, babasından, nənəsindən üstün mənəm. Əgər məni anasından az istəsəydi ürəyim partlayardı. Birinci ata, sonra ana. İkinci uşaq həm istəyirəm, həm yox. Ailədə 3 uşaq olmuşuq, hər şey bizim aramızda bölünüb. Mən isə bölmək istəmirəm. Hər şeyim Yusifin olsun, onu oxudum, böyüdüm” sözlərini əlavə edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir