Bankların dollara olan tələbi artıb

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan verilən məlumata görə, hərracda tələb 40,6 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (5 may 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 31,8% artıb. Ötən valyuta hərracında bankların tələbi 30,8 mln. ABŞ dolları təşkil etmişdi.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.