Bakıda yol qəzası: ölən var

Bakıda avtomobil iki piyadanı vurub.

Millitribuna.az  xəbər verir ki, hadisə iyulun 26-sı saat 20:45 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Allahverdili Kənan Anar oğlu idarə etdiyi “Kia Rio” markalı avtomobillə hərəkətdə olan zaman piyadalar – 1998-ci il təvəllüdlü Dadaşova Afət Yaqub qızı və 1969-cu il təvəllüdlü Hacıyeva Zemfira Hüseyn qızını vurub. Nəticədə Z.Hacıyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq davam etdirilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.