Bakıda yol qəzası: 1 ölü

Bakıda iki piyadanı avtomobil vurub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən xəbərə görə, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində qəsəbə sakini M.Abbasov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən İ.Öztürkü və M.Turanı vurub. Qəza nəticəsində İ.Öztürk aldığı xəsarətlərdən hadisə yerində ölüb, M.Turan isə  xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *