Bakıda istismara tam yararsız binaların sayı açıqlandı

Bakıda istismara tam yararsız binaların sayı açıqlanıb.

Millitribuna.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinən məlumat verilib.

Bildirilib ki, hazırda Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı departamentinin balansında 11 minə yaxın çoxmənzilli yaşayış binası mövcuddur.

“Bu binalardan 98-i istismara tam yararsız vəziyyətdədir. Həmin binaların yararsız olması barəsində bizə Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib.

Rəyə əsasən, Nazirlər Kabinətinə müraciət edilib”, — deyə məlumatda qeyd olunub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *