Bakıda iki avtomobil toqquşdu: 2 yaralı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Millitribuna.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Mərdəkan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Əziz Hüseynov və 1978-ci il təvəllüdlü Elnur Məmmədov xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ə.Hüseynova sol körpücük sümüyünün sınığı, E.Məmmədova isə döş qəfəsinin əziyi diaqnozları qoyulub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *