Qubada elmi simpozium keçiriləcək – Fotolar

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Azərbaycan Pedaqoji Universitetinin “Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının birgə təşkilatçılığı ilə 10-11 sentyabr tarixlərində “XX əsr Türk-Müsəlman Soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən Qurtuluşundan Qarabağ Zəfərinə Azərbaycan-Türkiyə münasibətləri”adlı elmi simpozium keçirilir.

Millitribuna.az xəbər verir ki, simpoziumun keçirilməsinin əsas məqsədi regionda elm və tarixin inkişafına dəstək olmaq, XX əsr soyqırımı həqiqətlərini bir daha araşdırmaq, Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə-Azərbaycan dostluğunun tarixini, 44 günlük vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərimizi böyük fəxr və qürurla dünya ictimaiyyətinə çatdırmaq və bu sahədə araşdırma aparan alim və tədqiqatçıları bir araya gətirməkdır.

Qeyd: Soyqırımı Memorial Kompleksi 2007-ci ildə Quba soyqırımı məzarlığı aşkarlandıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 30 dekabr tarixində imzaladığı müvafiq Sərəncamına əsasən inşasına başlanılmış və 2013-cü ildə cənab Prezidentimiz tərəfindən açılışı həyata keçirilmişdir.Xüsusi memarlıq üslubu ilə inşa edilmiş və müasir standartlara cavab verən Kompleks istifadəyə verildiyi gündən bu günədək yerli və dünyanın müxtəlif ölkələrindən on minlərlə ziyarətçi qəbul etmişdir.

Simpozium İştirakçıları ilk öncə Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə tər çiçəklər qoyaraq faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər. Daha sonra, Kompleksin muzeyində plenar iclas başlanmışdır.

Plenar iclasın gedişatı: İlk öncə Azərbaycan Respublikasının himni səslənmiş, ardınca isə şəhidlərin əziz xatirəsi yad edilmişdir. İclası giriş sözü ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova açıq elan edərək Simpoziumun iştirakçılarını salamlamış və Simpoziumun işinə ugurlar arzulamışdır.
Ardınca Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi tarix və TTT kafedrasının müdiri, tarix elmləri doktoru Sevinc Əliyeva, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi cənab Azad Cəfərli, Quba Rayon İcra Hakimiyyətinin başçısı Cənab Ziyəddin Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktou, professor Cəfər Cəfərov, Altinbaş Universitetinin rektoru Prof.Dr cənab Çağrı Erhan, Türkiyyə Cumhuriyyəti Cumhubaşkanlığı Devlet Arşivleri Başkanı Prod.Dr cənab Uğur Ünal, Rusiyanın Tarix İqtisadiyyat və Hüquq Elmi Tədqiqat İnstitutunun Prezidenti Cənab Prof.Dr. Cənab İqor Viktoroviç Turisin çıxış etmişlər.
2 gün ərzində keçirilən II Beynəlxaq Quba Simopoziumda Azərbaycan, Türkiyə, və Rusiyadan olan 50-ə qədər alim və tədqiqatçı iştirak etmiş, alimlərin məruzələri dinlənilmişdir. Simpozium qonaqların “Soyqırımı Memorial Kompleksi” və Quba ilə tanışlığından sonra yekunlaşmışdır.

Abu Turabov

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir