Bakıda avtomobil gənc oğlanı vuraraq öldürüb


Bakıda avtomobil təxminən 23-25 yaşlı gənc oğlanı (şəxsiyyəti dəqiqləşdiriir-red) vuraraq öldürüb.

Millitribuna.az-ın xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb. Babək prospektində “Honda” markalı, 99-TR-850 dövlət seriya nişanlı avtomobil yolu keçən piyadanı vuraraq ağır xəsarət yetirib. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.