Bakıda 41 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Millitribuna.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

1980-ci il təvəllüdlü Şəfiyev Əziz Yaşar oğlu “İnşaatçılar” metrostansiyasının yaxınlığında mübahisə zəminində bıçaqlanıb.Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sol qabırğa nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *