Bakıda 26 yaşlı gənc bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Millitribuna.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Quluzadə Nəzir Elbrus oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir