Bakıda 22 yaşlı gənci avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Millitribuna.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Yolu keçən 1999-cu il təvəllüdlü Abdullasoy Həsən Yadigar oğlunu avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona üz sümüklərinin çoxsaylı sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *