Bakıda 15 yaşlı qızın öldüyü xəstəxanadan – REPORTAJ

“Uşaq dünyaya gətirən 15 yaşlı qızın xəstəxanaya gətirilən zaman vəziyyəti ağır idi”.

Millitribuna.az  xəbər verir ki, bunu “Report”a açıqlamasında 3 saylı Şəhər Klinik Xəstəxanasının həkim-ginekoloqu Pərvanə Orucova deyib.

O bildirib ki, xəstənin həyati vacib göstəricilərinin sıfır olduğu müəyyən edildikdə qız xəstəxananın reanimasiya şöbəsinə göndərilib:

“Aparılan reanimasyon tədbirlərə baxmayaraq, xəstə qısa zaman kəsiyində dünyasını dəyişdi. Anasının və ərinin dediyinə görə, qızın bir gün öncə hamiləliyi pozulub, döl tələf olub. Hamiləliyin kim tərəfindən və hansı formada pozulması ilə bağlı heç bir məlumat yoxdur. Ərinin söylədiyinə görə, bu, 1 saat əvvəl, anasının dediyinə görə isə bir gün öncə olub”.

Qeyd edək ki, fevralın 4-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 6 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki döl ölüb. O, 10 ay əvvəl 1993-cü il təvəllüdlü şəxs ilə ailə həyatı qurubmuş.

Hazırda faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.