Bakı-Sumqayıt qatarı 4 gün işləməyəcək

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarları 18, 19, 20 və 21 iyul tarixlərində hərəkətdə olmayacaq.

Millitribuna.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumata görə, sözügedən xətt üzrə qatarlar 17 iyul tarixində tam iş günü cədvəli üzrə hərəkət edəcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir