Bakı Nəqliyyat Agentliyinə dövlət investisiyaları kəskin azaldılıb

2020-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyinə (BNA) 164,054 milyon manat dövlət investisiyası qoyulub.

Millitribuna.az xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2,5 dəfə azdır.

Beləliklə, ötən il yanvarın 1-nə BNA-ya dövlət investisiyaları 705,343 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 30,3% çoxdur.

Xatırladaq ki, BNA ölkə prezidentinin “Paytaxtda nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti yanında yaradılıb, dövlət başçısının “Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 24 noyabr 2016-cı il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib, ölkə rəhbərinin “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 7 fevral 2022-ci il tarixli fərmanı ilə Bakı meriyasının tabeliyinə verilib. Onun nizamnamə kapitalı 49,068 milyon manatdır. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakıda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.