Bakı funikulyorunda təmir işləri aparılacaq

Bakı Şəhər İcra Hakimiyyətinin «Lifttəmir» İstehsalat Birliyi paytaxtın Səbail rayonunda yerləşən funikulyorun yol xəttinin inşaat konstruksiyaların möhkəmləndirilməsi və təmir-bərpa işləri üçün açıq tender elan edib.

Millitribuna.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 13-ü, saat 16:40-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 21-i, saat 16:35-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlərlər. Telefon: (012) 594-65-94.

Tenderin nəticəsi dekabrın 22, saat 16:40-da Portalda açıqlanacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *