Azad olunan ərazilərdə ixtisaslaşmış məhkəmələr yaradılacaq

«Torpaqlarımız işğaldan azad olunub və məhkəmələr bütün infrastruktur bərpa olunduqdan, soydaşlarımız öz torpaqlarına qayıtdıqdan sonra yenidən öz ərazilərində fəaliyyət göstərəcək».

Millitribuna.az-ın xəbərinə görə, bunu ədliyyə naziri Fikrət Məmmədov deyib.

Onun sözlərinə görə, gələcəkdə həmin bölgədə aidiyyatı yeni regional apellyasiya və ixtisaslaşmış — kommersiya, inzibati, ağır cinayətlər, hərbi məhkəmələrin yaradılması nəzərdə tutulur:

«Onu da bildirim ki, hazırda işğal nəticəsində ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi və onların fəaliyyətinin bərpası ilə bağlı zəruri tədbirlər görülür».

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app