“Azərsu” 65 milyon manatlıq 2 tenderə yekun vurub

“Azərsu” ASC dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində İsmayıllı rayonundakı “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun xarici su təchizatı və kanalizasiya sistemlərinin (1), eləcə də Salyan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması (2) ilə bağlı elan etdiyi 2 tenderə yekun vurub.

Millitribuna.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Euroline” QSC və “Nort Vest Konstrakşn” MMC olub.

Qalib şirkətlərə 9,87 milyon manat və 55,47 milyon manat, ümumilikdə 65,34 milyon manat ödəniləcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir