Azərpaşa Nemətov: “Eldar Quliyevin filmlərini 50-60 ölkə alıb”

“Eldar Quliyev sənətin dahilərindən biri idi. Azərbaycan üçün ağır gündür, mədəniyyəti, incəsənəti, kinosu üçün böyük itkidir”.

Millitribuna.az xəbər verir ki, bu fikirləri Akademik Milli Dram Teatrının bədii rəhbəri, direktoru Azərpaşa Nemətov deyib.

«Eyni zamanda böyük Tofiq Quliyevin davamçısı, övladı Eldar Quliyev təkcə Azərbaycanda məşhur deyil, onun filmlərini 50-60 ölkə alıb. Həmişə Azərbaycanın adını yüksək tutub, qeyrətli azərbaycanlı övladı olub. Biz uşaqlıqdan çox yaxın olmuşuq, mən qardaşımı, sənətkarımızı itirmişəm», — o qeyd edib.(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *