“Azəriqaz”dan şikayət etdi – Video

Şairə Nazilə Səfərli “Azəriqaz”dan şikayət edib.

Millitribuna.az xəbər verir ki, o, dəfələrlə qaz üçün pul vurduğunu, amma istifadə etmədən sıfırlandığını deyib:

“Sizdən vətəndaş olaraq, abonent olaraq komissiya tələb edirəm. Gəlin və səhvinizi düzəldin. Xalqın sizə borcu yoxdur. Hamı şikayət edir, vəzifəsini layiqincə yerinə yetirə bilməyənlər layiqlilərin yerini tutmasın. Axşam 100 manat qaza pul qoymuşam, sıfırladınız. Səhər gedib 50 manat yüklədim, 1 dəqiqəyə 8 manat qaldı. Bizi ərəb sayırsınız? Haradan gəlmişik, pulu bilmirik? Komisiya tələb edirəm, dərhal gəlin və məsələni həll edin. Halal zəhmətlə qazandığımız pulu sizə üfürə bilmərəm”.(axsam.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.