Azərbaycanlı veteran futbolçu vəfat etdi

Azərbaycanın veteran futbolçusu Müzəffər Qasımov dünyasını dəyişib.

Millitribuna.az-ın məlumatına görə, o, 80 yaşında Gəncədə vəfat edib.

Qasımov bu gün dəfn olunacaq.

Qeyd edək ki, Müzəffər Qasımov “Kəpəz”in Müşahidə Şurasının üzvü idi. Keçmiş oyunçunun karyerası əsasən Gəncənin “Dinamo” klubu ilə bağlı olub. O, bölgə təmsilçisində baş məşqçi kimi də fəaliyyət göstərib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir