«Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan çox etibarlı münasibətlərimiz var»

“Bizim Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan çox etibarlı, yaxşı münasibətlərimiz var”.

Millitribuna.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “Arqumetı i faktı” qəzetinə müsahibəsində bildirib.

“Bu münasibətlərin çoxsaylı qarşılıqlı faydalı aspektləri mövcuddur. Bizim Ermənistanla da yaxşı tarixi münasibətlərimiz var”, — o deyib.

D.Peskov hesab edir ki, Dağlıq Qarabağda müharibənin dayanmasında Rusiya Prezidenti Vladimir Putinin şəxsən rolu var və bunu hamı yadda saxlamalıdır. (report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app