Azərbaycanın valyuta ehtiyatları 3% artıb

Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 49 mlrd 117,5 mln ABŞ dolları təşkil edib.

Millitribuna.az xəbər verir ki, bunun 87,1%-i və yaxud 42 mlrd 761,3 mln ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 12,9%-i və yaxud 6 mlrd 356,2 mln ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 816,2 milyon ABŞ dolları və yaxud 1,6% azalıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 803 milyon ABŞ dolları və yaxud 1,8% az, AMB-nin valyuta ehtiyatlarında isə 13,2 milyon ABŞ dolları və yaxud 0,2% azalma olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 374,2 milyon ABŞ dolları və yaxud 2,9% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 411,8 milyon ABŞ dolları və yaxud 3,4% çox, AMB-nin valyuta ehtiyatları isə 37,6 milyon ABŞ dolları və yaxud 0,6% azalma nümayiş etdirib.

ARDNF-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları)
01.04.2021 42 761,3 6 356,2 49 117,5
01.01.2021 43 564,3 6 369,4 49 933,7
01.10.2020 43 288,6 6 491,4 49 780,0
01.07.2020 43 223,3 6 436,3 49 659,6
01.04.2020 41 349,5 6 393,8 47 743,3
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *