Azərbaycanda yaşayan özbəklərin sayı açıqlanıb

Rəsmi statistik məlumatlara görə, Azərbaycanda yaşayan özbəklərin sayı 400 nəfərə yaxındır.

Millitribuna.az xəbər verir ki, bu barədə Azərbaycan-Özbəkistan Dostluq Qrupunun rəhbəri, deputat Eldar İbrahimov Azərbaycan-Özbəkistan Dostluq cəmiyyətinin 20 illik yubiley iclasında bildirib.

“Bildiyimiz kimi, Azərbaycan və özbək xalqları arasında münasibətlərin kökü uzaq keçmişə gedib çıxır. Əsrlər boyu və hazırda bizim xalqları bir-birinə bağlayan dostluq əlaqələri adət-ənənələrimizin və mədəniyyətimizin eyni köklərə malik olmasıdır. Dostluq Cəmiyyətini yaratmaqda məqsəd bu əlaqələri və ənənələri SSRİ dağıldıqdan sonra Azərbaycanın və Özbəkistanın əldə etdiyi müstəqillik dövründə də inkişaf etdirməkdir”,- deyə deputat bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir