“Azərbaycanda vaksinasiya 90 faizdən artıqdır” – Səhiyyə naziri

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.

Millitribuna.az  xəbər verir ki, bu haqda Səhiyyə nazirliyi məlumat yayıb.

Görüşün əvvəlində Teymur Musayev Tedros Adhanom Qebreyesusu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru vəzifəsinə ikinci müddətə seçilməsi münasibətilə təbrik edib. O, ötən müddət ərzində Təşkilatın Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Daha sonra nazir COVID-19 pandemiyası ilə mübarizədə ölkəmizin uğurlu təcrübəsini paylaşaraq, vaksinasiya səviyyəsinin əhalinin hədəf qrupu üzrə 90%-dən artıq olduğunu, Azərbaycanın “COVAX” təşəbbüsünə qoşulan ilk ölkələr sırasında yer aldığını diqqətə çatdırıb, həmçinin son dövr ərzində əhalinin sağlamlığının qorunması məqsədilə aparılan islahat tədbirlərinə dair məlumat verib.

 

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.