Azərbaycanda vəkillərin sayı açıqlanıb

“Azərbaycan hazırda 2 min 300 nəfər vəkil fəaliyyət göstərir”.

Millitribuna.az xəbər verir ki, bunu “Report”un Türkiyə bürosuna açıqlamasında qardaş ölkədə səfərdə olan Azərbaycanın Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

“Bu gün Türkiyədə 170 minə yaxın vəkil fəaliyyət göstərir. Bu, çox böyük potensiala malik qüvvədir. Biz Azərbaycan vəkilləri olaraq ölkəmizin haqlı mövqeyini beynəlxalq səviyyədə daha yaxşı müdafiə etməkdən ötrü Türkiyə vəkillərinin imkanlarından geniş istifadə etməliyik. Azərbaycan da hazırda 2 min 300 nəfər vəkil var”, – A.Bağırov vurğulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir