Azərbaycanda problemli kreditlər 26% azalıb


Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 673,7 milyon manat təşkil edib.

Millitribuna.az   xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,2 % azdır.

Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 6,4%, son 1 ildə isə 25,7 % azalıb.

Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,6% təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2%, ötən il mayın sonuna isə 6% olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.