Azərbaycanda polis özünü güllələdi

Azərbaycanda polis ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb.

Millitribuna.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, hadisə Sumqayıt şəhərində baş verib.

Belə ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.

Xəsarət almış R.Mütəllimov hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *