Azərbaycanda #PeyvəndOlundum kampaniyasına başlanıldı

Bu gündən etibarən Azərbaycanda yaşı 18-dən yuxarı olan vətəndaşların COVID-19 əleyhinə peyvənd olunmasına start verilib.

Millitribuna.az «AzərTac»a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda peyvəndləmənin dəstəklənməsi layihəsi çərçivəsində #PeyvəndOlundum kampaniyasına başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, istənilən şəxs peyvənd olunduqdan sonra «Facebook» profil fotosu ilə qeyd olunan çərçivəni istifadə etməklə kampaniyaya qoşula bilər:

https://bit.ly/3hdZjSS

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *