Azərbaycanda ölüm səviyyəsi azalıb

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 10812 nəfər və ya 0,1 faiz artaraq 2022-ci il aprel ayının 1-i vəziyyətinə 10 167 178 nəfərə çatıb.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişilərlə qadınlar arasında cins nisbəti isə eyni olub.

Bu ilin birinci rübündə ölkədə 18 723 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 7,6-ya düşüb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.