Azərbaycanda noutbukların qiyməti bahalaşdı

Azərbaycanın kompüter bazarında noutbuk tədarükündə fasilələr yaranıb.

Millitribuna.az xəbər verir ki, yerli bazar iştirakçıları arasında aparılmış sorğu nəticəsində məlum olub ki, bir çox hallarda dilerlər tərəfindən bu məhsul kateqoriyası üzrə ötən ilin oktyabrında verildikləri sifarişlər yalnız bu ilin fevral ayında ölkəyə çatdırılıb və bu ləngimələr hələ də davam etməkdədir.

Digər tərəfdən, bazarda yaranan kəskin tələbat qiymət artımına səbəb olub. Belə ki, noutbukların qiymətləri təxminən 10%-dək artıb və yaxın vaxtlarda bu tendensiyanın davam edəcəyi istisna edilmir.(apa)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *